Bu gün

Şagirdlərin ən zəif nəticə göstərdiyi fənn məlum oldu

Bu il şagirdlərin nəticələrində müsbət dinamika müşahidə olunsa da, kəskin yüksəliş, sıçrayış baş verməyib.

Təhlil.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan dili fənni üzrə nəticələr qənaətbəxşdir, lakin riyaziyyat imtahanları hələ də zəif nəticələrlə yadda qalır.

"Azərbaycan dili üzrə nəticələr bizi qane edir. Amma riyaziyyatda hələ də irəliləyiş gözləniləndən aşağıdır. Ümid edirik ki, növbəti illərdə bu sahədə də nəticələrdə sıçrayışlar olacaq".