Dünən

2025-də daha çox tələbə dövlət hesabına oxuyacaq - SİYAHI

Yeni tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul planı məlum olub.

Təhlil.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin bu gün keçirdiyi mətbuat konfransında verdiyi məlumata görə, yeni tədris ili üzrə 60 489 plan yeri ayrılıb. Bu, ötən illə müqayisədə 1309 yer və ya 2,21% çoxdur.

Qəbul planında diqqətçəkən əsas məqam isə dövlət sifarişi əsasında ayrılan yerlərin sayının artmasıdır. Belə ki, 28 401 yer dövlət hesabınadır ki, bu da keçən illə müqayisədə 2,04% və ya 568 yer artım deməkdir.

Ümumi plan yeri: 60 489

Artım: 1309 yer

Dövlət sifarişi ilə: 28 401 yer

Sifarişli yerlərdə artım 568 yer

Qeyd edək ki, yeni qəbul planı abituriyentlər üçün seçim imkanlarının artdığını, xüsusən də təhsil xərclərinin dövlət tərəfindən qarşılanacağı yerlərdə daha çox gəncə şans verildiyini göstərir.