Bu gün
Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.
Təhlil.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.
Qeyd edək ki, E.Hidayətoğlu 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, o, TƏBİB-də İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə bu ilin aprelində təyin edilmişdi.
Bu gün