Dünən
Azərbaycan və Türkiyə radioelektron döyüşə hazırlaşır

Azərbaycan və Türkiyə radioelektron mübarizə sahəsində birgə hərbi təlimlərə başlayır.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk məlumat verib.
Onun sözlərinə görə, təlimlər 26 may tarixində Türkiyənin Konya şəhərində start götürəcək və dörd gün davam edəcək. Hazırda təlimlərə hazırlıq prosesi Konya şəhərində aparılır.
Təlimlərin məqsədi iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə radioelektron mübarizə bacarıqlarının qarşılıqlı şəkildə təkmilləşdirilməsi və birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılmasıdır.
Dünən