Bu gün

Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır

İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır.

Təhlil.az xəbər verir ki,  bu barədə "Bakı metropoliteni" QSC məlumat yayıb.

Xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.

Qeyd edək ki, yay qrafikində qatarların “Avtovağzal-8 Noyabr” sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.

Xətt üzrə davamlı mintorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.

Bənövşəyi xətt üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.

Linkə keçid edərək yay qrafiki üzrə "Xocəsən" stansiyasından qatarların hərəkət cədvəli ilə tanış ola bilərsiniz:  https://tinyurl.com/y69jkd5c

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?