Bu gün

Tramp: "İran bütün məsələlərdə güzəştə getməyə hazırdır"

"İran rəhbərliyi bütün məsələlərdə güzəştə getməyə hazırdır".

Təhlil.az xəbər verir ki, bu barədə Ağ Ev lideri  "Truth Social" platformasında əminliyini ifadə edib.

Senatorların İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul etməsini dövlət başçısı paylaşımında belə dəyərləndirib:

"İndi İran mənim qarmağımdadır, o, son nəfəsini verir, istənilən güzəştə getməyə hazırdır və onilliklər ərzində ilk dəfə Birləşmiş Ştatlara və onun prezidentinə - mənə qarşı inanılmaz dərəcədə böyük hörmət bəsləyir. Lakin ABŞ Senatı hərbi səlahiyyətlər haqqında qanuna dair vaxtı səhv seçilmiş və mənasız səsvermə keçirmək qərarına gəlir. Bununla da dünyada terrorizmin əsas sponsoruna bildirir ki, Birləşmiş Ştatlar mənim onlarla (Tehranla - red.) etdiklərimi bəyənmir və mən bunu dayandırmalıyam. Beləliklə, onlar düşmənə kömək və dəstək göstərirlər".

O əlavə edib ki, səsvermə zamanı qətnaməni "dörd uğursuz respublikaçı" dəstəkləyib.

"Bu senatorlar mənim işimi çətinləşdirdilər, lakin mən bunu bu və ya digər şəkildə yerinə yetirəcəyəm, çünki həmişə üzərimə götürdüyüm işi sona çatdırıram!", - deyə Tramp fikrini yekunlaşdırıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?