Bu gün
Bakıda 17 yaşlı qız dərsə gedəcəyini dedi və yoxa çıxdı

Paytaxtın Nizami rayonunda yeniyetmə qızın itkin düşməsi faktı üzrə araşdırma aparılır.
Təhlil.az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü A.Rzayeva mayın 20-də E.Süleymanov küçəsində yerləşən evindən dərsə getmək adı ilə çıxıb. Lakin həmin vaxtdan etibarən ondan heç bir xəbər yoxdur. Qızın hansı istiqamətə getdiyi bilinmir. Yaxınları isə onunla əlaqə saxlaya bilmədiklərini deyirlər.
Hazırda Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırmalara başlanılıb, itkinin yeri müəyyənləşdirilməyə çalışılır.
Bu gün
Bu gün