Dünən

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Bu ilin 5 ayı ərzində bu kateqoriyadan olan daha 444 şəxs işlə təmin edilib, 6 şəxs özünüməşğulluq proqramına cəlb olunub”.

Təhlil.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslər əmək bazarının tələblərinə uyğun şəkildə peşə hazırlığı kurslarına da cəlb edilirlər.

Yanvar-may ayları ərzində 28 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin olunub.

Bildirilib ki, hazırlıq kurslarını uğurla bitirənlərin müvafiq sahələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?