Dünən
Tbilisi–Bakı aviareysləri niyə təxirə salınıb? - AÇIQLAMA

Tbilisi–Bakı reyslərinin təxirə salınması marşrut üzrə müşahidə olunan əlverişsiz hava şəraiti, xüsusilə də intensiv ildırım-şimşək aktivliyi ilə əlaqədar baş verib.
Təhlil.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, sərnişinlərin əksəriyyəti artıq Tbilisi istiqamətində yola salınıb. Qalan sərnişinlər isə gün ərzində baş tutacaq növbəti reyslər vasitəsilə daşınacaq.
"Bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumatda vurğulanıb.
Dünən