Dünən
Azərbaycanın qadın futbolçulardan ibarət yığması seçmə mərhələdə son oyununa çıxacaq

Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Təhlil.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Oyun saat 21:00-da Bitola şəhərindəki "Petar Miloşevski" stadionunda start götürəcək. Görüşün baş hakimi gürcüstanlı Teona Sturua olacaq.
Qeyd edək ki, qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşıb.
08 iyun