08 iyun

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək.

Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirə olunub.

Belə ki, “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.