Dünən

SOCAR iyul 1-dən BTC kəmərini idarə edəcək

Bakı-Tbilisi-Ceyhan (BTC) qaz kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafikə uyğun davam edir.

Təhlil.az xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli “Bakı Enerji Forumu” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, neft qiymətlərində baş verən qısamüddətli dəyişikliklər şirkətin investisiya qərarlarına təsir göstərmir.

“Kapitalın yerləşdirilməsi ilə bağlı intizamlı yanaşmanın bir hissəsi olaraq, neft qiymətlərindəki qəfil dəyişikliklərə reaksiya vermirik. İnvestisiya qərarlarımız ilin əvvəlində müəyyən edilmiş qiymət mühiti əsasında qəbul olunur. Məqsədimiz il ərzində kapital çərçivəsini sabit saxlamaqdır”, – deyə o bildirib.

C.Kristofoli həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) qaz kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesinin qrafikə uyğun davam etdiyini qeyd edib.

“Bu proses üzrə müqavilə öhdəliyinin icra tarixi iyulun 1-dir və biz həmin tarixə tam uyğun hərəkət edirik. Vurğulamaq istəyirəm ki, bu, bp-nin aktivdən çıxması deyil, müqavilə öhdəliyinin yerinə yetirilməsidir. SOCAR-ın operator kimi fəaliyyəti üçün geniş hazırlıq işləri aparılıb. Şirkət kəməri uğurla idarə etmək üçün lazımi təcrübə və imkanlara malikdir”, – deyə o vurğulayıb.

O əlavə edib ki, Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft kəməri ilə bağlı proses isə hələ davam edir və bu istiqamətdə işlər aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?