Dünən

Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib

Tarif Şurası daha 184 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib.

Təhlil.az xəbər verir ki, qərar Şuranın növbəti iclasında qəbul olunub.

Məlumata görə, dərman vasitələrinin qiymətləri Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara və Tarif (qiymət) Şurasının 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş təlimata uyğun olaraq tənzimlənib.

Qiymətlərin müəyyənləşdirilməsi zamanı dərman vasitələrinin ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı və istehsal ölkəsi nəzərə alınıb.

Qiymətlərinin yuxarı həddi təsdiq edilən 184 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsinin “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının qəbul etdiyi qərarlarla qurumun rəsmi internet saytının “Şuranın qərarları” bölməsində tanış olmaq mümkündür.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?