Bu gün
Bitkoin tarix yazdı: 110 min dolları ötdü

Kriptovalyuta bazarının flaqmanı sayılan bitkoin yeni zirvəyə çatıb – qiyməti 110 000 dolları keçərək bütün zamanların rekordunu qırıb.
Təhlil.az xəbər verir ki, bitkoinin qiyməti Bakı vaxtı ilə saat 03:27-də 110 min dollar həddini keçib və bu artım təxminən +3,65% təşkil edib.
Lakin bazardakı dəyişkənlik uzun çəkməyib – 03:40-da qiymət bir qədər geri çəkilərək 109 600 dollar səviyyəsində (+2,59%) qərarlaşıb.
Ekspertlər hesab edirlər ki, bu növbəti artım dalğası institusional investorların marağının artması və ETF-lərlə bağlı müsbət xəbərlərlə əlaqədardır. Bitkoinin bu yüksəlişi kriptobazarın yeni bir fəallıq mərhələsinə qədəm qoyduğunu göstərir.