Viktor Orban Azərbaycan Prezidentinə təşəkkür etdi

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinə enerji əməkdaşlığı və sülhə sadiqliklərinə görə təşəkkür edib.
Təhlil.az xəbər verir ki, o, bu barədə “X”sosial şəbəkə hesabında paylaşım edib.
“Prezident İlham Əliyevə, Prezident Rəcəb Tayyib Ərdoğana, Prezident Kasım-Jomart Tokayevə, Prezident Sadir Japarova və Prezident Şavkat Mirziyoyeva sülhə sarsılmaz bağlılıqları və əməkdaşlıqları üçün təşəkkür edirəm. Bu əməkdaşlıq müharibənin yaratdığı enerji böhranının öhdəsindən gəlmək üçün çox önəmlidir. Biz birgə gücümüzlə bu çətinlikləri aşacağıq” – deyə, Orban vurğulayıb.
Qeyd edək ki, Macarıstan Avropa İttifaqının üzvü olsa da, enerji məsələlərində özünəməxsus və müstəqil siyasət yürüdür. Türkdilli ölkələrlə sıx əməkdaşlıq isə bu siyasətin mühüm dayaqlarından birinə çevrilib.