Bu gün

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti mayın 27-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Təhlil.az xəbər verir ki, Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?