Bu gün
23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz

Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.
Təhlil.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.
"Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir.
Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.
Bu gün
Bu gün