Bu gün

İlin sonuna qədər daha 30 min nəfər Qarabağa qayıdacaq

İndiyədək Ağdam, Füzuli və Xocavənd rayonlarına 13 min 700 nəfər köçürülüb.

Təhlil.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bu üç rayonda çalışanlarla birlikdə ümumilikdə 50 min nəfər yaşayır və fəaliyyət göstərir.

Emin Hüseynov bildirib ki, ilin sonunadək daha 30 min vətəndaşın doğma torpaqlarına köçürülməsi planlaşdırılır. Bu, Ağdam şəhərində 4 və 5-ci yaşayış komplekslərinin, həmçinin Baş Qərvənd, Füzulidə isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin başa çatdırılması hesabına mümkün olacaq.

Qeyd edək ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) mayın 22-dək davam edəcək. Forumda mənzil siyasəti, şəhərlərin bərpası, iqlim dayanıqlılığı, urbanizasiya və dayanıqlı inkişaf məsələləri müzakirə olunur.