Bu gün

Azərbaycanda ən yüksək maaşı hansı sahədə işləyənlər alır?

Azərbaycanda ortaaylıq əməkhaqqı məbləği 1 151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artıb.

Təhlil.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir:

"Ortaaylıq əməkhaqqı məbləğində diqqətçəkən məqamlardan biri sektorlar üzrə fərqdir. Belə ki, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Bu sektorda çalışanların ortaaylıq əməkhaqqı məbləği 4 581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə ortaaylıq əməkhaqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda ortaaylıq əməkhaqqı 2 814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə ortaaylıq maaş məbləği ilə müqayisədə daha çox əməkhaqqı təklif edilir".

"İqtisadiyyatın 10 sektorunda çalışanların ortaaylıq əməkhaqqı məbləğləri isə ölkə üzrə göstəricidən aşağıdır. Ən aşağı ortaaylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb: 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların ortaaylıq maaşları da aqrar sektorda çalışanların əməkhaqqılarına yaxındır: 768 manat. Ortaaylıq əməkhaqqı məbləği təhsildə 824, elm sənayesində isə 1 048 manatdır.

Ortaaylıq əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımdan vacibdir. Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır", - deyə, V.Bayramov qeyd edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?