Bu gün

"Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir"

"Azərbaycana qərəzli yanaşanların sayı azalıb. Çünki onlara qrant verənlərin də sayı azalıb".

Təhlil.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan qarayaxma kampaniyalarına fikir vermir:

"Avropa Parlamentində ölkəmizə qarşı son 5 ildə 10-dan çox qətnamə qəbul edilib. Onları qəbul edənlərin özləri hansı məsələ haqqında danışdıqlarından xəbərsizdirlər. Ölkəmizin yürütdüyü siyasət və dünya ictimaiyyətində olan hörməti göz önündədir. Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir. Elə bu səbəbdən qlobal məsələlər burada müzakirə olunur".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?