Bu gün

Bakıda taksi sayı 57 mindən 20 minə düşüb

“Bir vaxtlar Bakıda təxminən 57 min taksi fəaliyyət göstərirdi. Bu gün onların sayı 20 minə enib”.

Təhil.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

O  deyib ki, əsas məqsəd vətəndaşların şəxsi avtomobil və taksilərdən daha çox ictimai nəqliyyata keçidini təmin etmək olub.

“Bununla belə, sosial problem yaranmayıb. Çünki proses ağıllı şəkildə idarə olunub. Əvvəllər bəzi taksi sürücüləri sutkada 24 saata qədər işləyirdi ki, bu da sərnişinlər üçün təhlükə yaradırdı. İndi isə onların iş saatları normallaşıb və xidmətin keyfiyyəti artıb”, - deyə o, əlavə edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?