Bu gün
“Maşın” şou yenidən başlayır

Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu “Maşın” yenidən başlayır.
Təhlil.az xəbər verir ki, bu barədə “Xəzər” telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib.
O, tarixi açıqlamasa da, paylaşıma “loading” yazaraq, şounun tezliklə yayımlanacağına eyham vurub.
Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Xalq artisti və “Xəzər” TV-nin direktoru Murad Dadaşovdur.
2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olub.
Bu gün
Bu gün