Bu gün

Ceyhun Bayramov Türküstanda TDT XİN başçıları ilə bir arada

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Təhlil.az xəbər verir ki,  bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazir artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal təhlükəsizlik və inteqrasiya çağırışları fonunda türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, süni intellekt əsaslı innovasiyalar, eləcə də Transxəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən "Rəqəmsal İpək Yolu" layihəsi xüsusi qeyd olunub.

Nazir, həmçinin həmkarlarını Azərbaycanın 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı" yenidənqurma işləri barədə məlumatlandırıb.

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu vurğulanıb.

Həmçinin, Azərbaycanın süni intellekt və yeni texnologiyalar sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına və rəqəmsal transformasiyaya sadiqliyi bir daha təsdiqlənib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?