Bu gün

18 mayda muzeylərə giriş pulsuz olacaq

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçiriləcək.

Təhlil.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?