Bu gün

Peşə məktəblərində yeni ixtisaslar tədris olunacaq

Süni intellekt və “yaşıl enerji” kimi müasir sahələr peşə təhsili üzrə kurikulumlara daxil ediləcək.

Təhlil.az xəbər verir ki, bu, Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb.

Belə ki, 2026- 2029-cu illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə təhsil proqramlarının yenilənməsi (yenidən hazırlanması);

səriştə əsaslı dual təhsil proqramlarına üstünlük verilməsi;

müasir sahələr (rəqəmsal, yaşıl enerji, süni intellekt, kiber təhlükəsizlik və s.) üzrə bacarıqların kurikulumlara daxil edilməsi;

bu peşə təhsili müəssisələrində tədris olunacaq peşə ixtisasları üzrə maarifləndirici və stimullaşdırıcı təşviqat tədbirlərinin təşkili.

Yuxarıda qeyd edilən işlərin icrası Elm və Təhsil Nazirliyinə tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da proseslərdə yaxından iştirak edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?