Bu gün

“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında - FOTOLAR

Şuşada keçirilən “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalında memarlıq incisi – Xan qızı Natəvanın sarayının qarşısında türk musiqi mədəniyyətinə yeni nəfəs gətirən Qazaxıstanın “Turan” Etno-Folk Ansamblının konserti keçirilib.

Təhlil.az xəbər verir ki, kollektivin ifasında türk dünyasının musiqisi səslənib.

Ansambl folklor musiqisini muasir tələblərə uyğunlaşdıraraq dünya səhnəsinə çıxarmağa nail olub. “Turan” kollektivinin yaradıcılığını insanları qədim kökləri ilə birləşdirən meta musiqi kimi dəyərləndirmək olar. “Turan”ın yaradıcılığı universal olaraq irsi, milli, dil sərhədləri tanımır və hər dinləyicinin qəlbinə yol taparaq dərin hisslər oyadır. Ansambl dünyanın 122 regionunda 3 minə yaxın solo konsert proqramı ilə çıxış edib. Kollektivin əsas missiyası isə türk xalqlarının musiqi vasitəsilə birliyidir. Festivalda musiqi kollektivinin ifasında Azərbaycanın “Ay, Laçın” əsəri də səslənib.

Qeyd edək ki, mayın 15-də - festivalın ikinci günündə də qonaqları zəngin musiqi proqramı gözləyir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?