3 elektron pul təşkilatının lisenziyaları ləğv edildi

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib.
Təhlil.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, söhbət “Azvvallet” MMC, “Greentek Group” MMC və “Guavapay” MMC-lərdən gedir.
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib", - məlumatda qeyd edilib.