Bu gün

WUF13-də Azərbaycan pavilyonu 1500 kvadratmetr olacaq

WUF13-də Azərbaycanın pavilyonu 1500 kvadrat metr ərazini əhatə edəcək.

Təhlil.az xəbər verir ki, bu fikirləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov tədbir məkanına mediatur zamanı deyib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə təmsil olunacaq. Həmçinin pavilyonlarda 14-ə yaxın xarici bələdiyyə nümayəndəsi iştirak edəcək.