Bu gün
ADY yeni qatarlar alacaq - RƏSMİ

“20 yeni qatar Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət üçün nəzərdə tutulub”.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib.
Qeyd olunub ki, qatarların alınması ilə bağlı son tamamlanma işləri gedir: “Bundan başqa, rayonlararası marşrutlarda işləmək üçün 4 yeni qatar və 4 lokomotivin alınması prosesi sona çatmaq üzrədir. Məqsəd həm də şəhər daxilində mobilliyin təmin olunması, xidmət səviyyəsini yüksəltməkdir. Sərnişin məmnuniyyətinin artırılması üçün müxtəlif kombinasiyalı həllər və müxtəlif paket həllərin tətbiqi də nəzərdə tutulub”.( qafqazinfo.az)
Bu gün