Bu gün

Qırmızı Bazar və Xocavəndə növbəti köç

Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb.

Təhlil.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 24 nəfərdən ibarət 6 ailə, Xocavənd kəndinə 20 nəfərdən ibarət 6 ailə, Qırmızı Bazar qəsəbəsinə isə 24 nəfərdən ibarət 6 ailə köçürülüb.

Sakinlərə evlərinin açarları təqdim olunub.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər dövlət tərəfindən yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını bildiriblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?