Bu gün
Ağsu aşırımında yol yararsız vəziyyətə düşdü - FOTO

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində - yolun 147-ci kilometrliyində sürüşmə hadisəsi baş verib.
Təhlil.az xəbər verir ki, sürüşmə, əsasən, yolun bir hərəkət zolağında qeydə alınıb.
Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi yararsız vəziyyətə düşüb. İkizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb.
Hazırda əraziyə xəbərdaredici nişanlar yerləşdirilib.