Bu gün
Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə yaxınlaşır - RƏSMİ RƏQƏMLƏR

2026-cı ilin 4 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları artaraq 87,9 milyard ABŞ dolları olub.
Təhlil.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
"Strateji valyuta ehtiyatlarımız 87,9 milyard ABŞ dolları səviyyəsində formalaşıb. AMB-nin ehtiyatları isə 12,7 milyard ABŞ dolları olub", - sədr vurğulayıb.
Bu gün