Bu gün

"UFC Fight Night Baku" turnirinin iştirakçıları bəlli oldu

Azərbaycan dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə növbəti dəfə ev sahibliyi edəcək.

Təhlil.az xəbər verir ki, turnirdə iştirak edəcək idmançılardan bəziləri bəlli olub.

Bakıda keçiriləcək turnirdə Rafael Fiziyev Manuel Torreslə qarşılaşacaq. Digər döyüşdə isə Şarabutdin Maqomedovla Miçel Pereyra üz-üzə gələcəklər.

Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.

Xatırladaq ki, paytaxtımız bundan əvvəl ötən ilin iyun ayının 22-də də "UFC Fight Night Baku" turnirinə uğurla ev sahibliyi etmişdi.