Bu gün
Bakıda keçiriləcək çempionatın iştirakçı ölkələri məlum oldu

Bakıda keçiriləcək dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşdi Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.
Təhlil.az xəbər verir ki, bu barədə Beynəlxalq Çövkən Federasiyasından bildirilib.
Son olaraq xüsusi dəvətlə Küveytin yarışa qatılacağı təsdiqlənib.
Turnirdə təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan isə Uruqvay və Çili yığmaları mübarizə aparacaq.
Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.
Bu gün