Bu gün
Milli Onkologiya Mərkəzində partlayış: həkim xəsarət aldı

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi baş verib.
Təhlil.az xəbər verir ki, hadisə şua-diaqnostika şöbəsində baş verib.
Şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.
Bu gün
Bu gün
Bu gün