Azərbaycan I rübdə işğaldan azad edilmiş ərazilərdə 268 layihə icra edib

Bu ilin I rübündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 268 layihə icra edilib.
Təhlil.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu layihələrin icrasına 386,2 milyon manat xərclənib ki, bu da faktiki ayırmaların 11 %-ni təşkil edib.
3 ayda Qarabağ və Şərqi Zəngəzurda icra edilmiş layihələrin 41-i nəqliyyat, 15-i su təsərrüfatı və meliorasiya, 6-sı energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 171-i sosial, 16-sı isə sair layihələr olub.
Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 185 milyon manat (icra 17,6 %), sosial layihələrin icrasına 153 milyon manat (9 %), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 26,3 milyon manat (18,3 %), sair layihələrin icrasına 21,9 milyon manat (9 %) vəsait xərclənib.
Su təsərrüfatı və meliorasiya, eləcə də energetika layihələrinin icrasına vəsait ayrılmayıb.