Bu gün

AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb.

Təhlil.az xəbər verir ki, turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” matçında azarkeşlərin hərəkətlərinə görə hər iki komanda ziyana düşüb.

“Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib.

“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.

“Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?