Bu gün

"30 min işsiz işlə təmin olunacaq" - RƏSMİ

"2030-cu ilə qədər əlavə 30 min işsiz şəxsin özünüməşğulluğu təmin ediləcək".

Təhlil.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, işsiz şəxslərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün 175 ixtisas sahəsi üzrə 59 000-dən çox şəxs peşə hazırlığına cəlb edilib:

"Eyni zamanda, işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi və iqtisadiyyatın real tələbatına uyğun kadr potensialının formalaşması məqsədilə bu sahələr üzrə 1 612 peşə və kvalifikasiya standartı hazırlanaraq işə götürənlərin istifadəsinə təqdim olunub".