Bu gün

Nizami rayonunda seldən zərərçəkənlərə kompensasiya veriləcək

Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində güclü yağış nətisəində evləri yararsız hala düşən vətəndaşlara yardım göstəriləcək.

Təhlil.az xəbər verir ki, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Belə ki, M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evin təmir-bərpa ediləcək.

Yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım (qiymətləndirmə xərcləri daxil olmaqla) veriləcək.

Həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqları (bank xərcləri daxil olmaqla) ödəniləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?