Bu gün

1-ci sinfə qəbul başlayır – tarixlər açıqlandı

Şagirdlərin 1-ci sinfə qəbulu may ayının əvvəlindən etibarən elektron qaydada həyata keçiriləcək.

Təhlil.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, qəbul prosesi 1–6 may tarixlərini əhatə edəcək:

"Mayın 6-dan etibarən isə valideynlər üçün məktəb və müəllim seçimi mərhələsi başlayır. Mediada və KİV-lərdə bu prosesin müxtəlif müsabiqə formatında təşkili ilə bağlı müzakirələr aparılır. Ümumilikdə, təxminən 90 minə yaxın şagird birbaşa 1-ci sinfə qəbul olunur. Müsahibə mərhələsi isə yalnız müəyyən kateqoriyadan olan uşaqlar üçün nəzərdə tutulub. Bu, əsasən digər dillərdə, xüsusilə rus bölməsində təhsil almaq istəyən şagirdlərə aiddir. Qəbul qaydaları ilə bağlı kollegiya qərarı artıq təsdiqlənib və valideynlər bu qaydalarla tanış ola bilərlər".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?