Bu gün

Kino Mərkəzinə yeni rəhbər gəldi

Nizami Kino Mərkəzinin direktoru dəyişib.

Təhlil.az xəbər verir ki,  Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.

Azərbaycan Respublikasının Kino Agentliyindən "Report"un sorğusuna cavab olaraq məlumat təsdiq olunub.

Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Məlumat üçün bildirək ki, Əli-səttar Quliyev 2024-cü ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?