Bu gün

İki nəfərdən 49 kq narkotik götürüldü

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Təhlil.az xəbər verir ki, növbəti tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə tərkibinə zərərli maddələr əlavə edilmiş 14 kiloqram 700 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?