Bu gün

Azərbaycanın valyuta ehtiyatları rekord həddə çatdı - STATİSTİKA

Bu il aprel ayının 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 198,3 milyon ABŞ dollarına çatıb.

Təhlil.az xəbər verir ki, hesabat dövrünə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 541,5 milyon ABŞ dollarına çatıb.

Strateji valyuta ehtiyatlarının 11 milyard 656,8 milyon ABŞ dolları isə Mərkəzi Bankın ehtiyatlarının payına düşüb.

Beləliklə, ölkənin strateji valyuta ehtiyatları 2026-cı ilin aprelin 1-nə 85 milyard 198,3 milyon ABŞ dollarına çatıb.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?