Bu gün

Bakı metrosunda qatarların intervalları ilə bağlı son vəziyyət

Bakı Metropolitenində qatarların hərəkəti bütün xətlər üzrə şənbə günü qrafikinə uyğun təşkil olunub, hazırda stansiyalar üzrə hərəkət intervalları tam şəkildə əvvəlki rejimə qaytarılmayıb.

Təhlil.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin məlumatına əsasən, intervalların bərpası istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Qurumdan qeyd olunub ki, texniki dəyişikliklərlə bağlı zəruri addımlar atılır və əsas məqsəd qatarların dayanıqlı fəaliyyətini təmin etməklə sərnişin təhlükəsizliyini ən yüksək səviyyədə qorumaqdır.

Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində metropolitenin fəaliyyətində texniki nasazlıq yaranmış, bu səbəbdən bütün stansiyalara giriş müvəqqəti dayandırılmışdı. Təxminən bir saat sonra nasazlıq aradan qaldırılmış və sərnişinlərin stansiyalara girişi bərpa edilmişdi.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?