Bu gün

“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib - FOTO/VİDEO

Gəncləri narkomaniyanın təhlükələrindən qorumaq və maarifləndirmək məqsədilə Sənaye və Texnologiya Kollecində “Narkomaniyaya yox deyək!” adlı tədbir təşkil olunub. 

Təhlil.az xəbər verir ki, tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra narkomaniya mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində çıxış edən tələbələr narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, gənclərin bu zərərli vərdişdən uzaq durmaları üçün diqqət etməli olduqları məqamlar, eləcə də narkotik vasitələrə aludəçiliyin ağır nəticələri barədə geniş məlumat veriblər.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, tədris hissə müdiri Lalə Nəsibova, müəllimlər Aytən Əliyeva və Günel Şükürova çıxışlarında narkomaniyaya qarşı dövlət səviyyəsində həyata keçirilən mübarizə tədbirlərindən bəhs ediblər.

Tədbir kollecin müəllimi Könül Məmmədovanın təşkilatçılığı ilə baş tutub.

O, çıxışı zamanı tələbələrə sağlam həyat tərzi sürməyi, güclü iradəyə sahib olmağı və zərərli təsirlərdən uzaq duraraq düzgün seçim etməyi tövsiyə edib. Tədbirdə həmçinin qeyd olunub ki, bu istiqamətdə müsbət nəticələrin əldə olunması üçün təhsil müəssisələrində və ictimai yerlərdə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsi mühüm əhəmiyyət daşıyır.