Bu gün

3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcəklər - FƏRMAN

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib.

Təhlil. az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısına daxil ediliblər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?