21 aprel

Alternativ yol açılır: Sumqayıt istiqamətində gərginlik azalacaq

Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginlik azalacaq.

Təhlil.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, "20 yanvar" ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”, - deyə o, əlavə edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?