20 aprel

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında ölüb.

Təhlil.az xəbər verir ki, hadisə ötən gün  saat 10 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində 55 saylı avtobusun 60 yaşlı sürücüsü, Bakı sakini Rövşən Hüseynov infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.