Avtobus “Toyota” ilə toqquşdu – yaralılar var

Səhər saatlarında Sumqayıtın Bakı küçəsində sükunəti qəfil sirena səsləri pozdu.
Təhlil.az xəbər verir ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər yaralanıb.
1988-ci il təvəllüdlü Cavid Murtuzovun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirhadi Mirişova məxsus “Toyota” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində avtobusda olan sərnişinlər – 2007-ci il təvəllüdlü Şəbnəm Şahbuzova, 1967-ci il təvəllüdlü İlahə Şahbalayeva, 1994-cü il təvəllüdlü Lamiə Şəmiyeva və 2007-ci il təvəllüdlü Nuray Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. İlkin ehtimala görə, toqquşmaya yolayrıcında diqqətsizlik səbəb olub.(report)