Bu gün

May ayında Bakıda hansı beynəlxalq tədbirlər keçiriləcək?

Mayın 14-də - "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyası, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçiriləcək.

Təhlil.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.

İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Azərbaycan QHT-lərinin WUF13-ə ciddi hazırlaşdığını bildirib:

"2026-cı il mayın 19-da QHT Agentliyinin təşkilatçılığı ilə WUF13 QHT Forumu keçiriləcək. Bu Foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir. Bu qlobal tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək".